Bakıda bu ərazilərdə su KƏSİLƏCƏK

Bakının üç rayonunda suyun verilişində məhdudiyyət olacaq.
Bu barədə Redaktor.az-a “Azərsu” ASC-dən bildirilib.
Magistral su kəmərində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar aprelin 18-də gün ərzində Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.