Tropik meyvələr gömrük rüsumundan azad edilir

 12:37 18.04.2023     459

Gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr 15 faiz gömrük rüsumundan azad ediləcək.

Redaktor.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, 1 yanvar 2024-cü ildən qüvvəyə minəcək qərar 31 dekabr 2030-cu ilədək qüvvədə olacaq.