İlham Əliyev birinci xanımla daha bir rayona səfər ETDİ

 13:18 18.04.2023     418

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Salyan rayonuna səfər ediblər.

Redaktor.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Salyan şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla anıb, abidəsi önünə gül dəstələri qoyublar.

Qeyd edək ki, Prezident və birinci xanım daha əvvəl Neftçala rayonunda səfərdə olublar.