Azərbaycanda karantin rejimi UZADILDI

 11:06 19.04.2023     863

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dək uzadılıb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli əsədov qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü ilin 1 iyul saat 06:00-dək uzadılıb.

Qeyd edək ki, bundan əvvəlki qərara əsasən, xüsusi karantin rejiminin müddəti mayın 1-dək uzadılıb.