Bayram namazının vaxtı AÇIQLANDI

 11:59 19.04.2023     399

“Bu il bayram namazı bəzi məscidlərdə aprelin 21-i saat 8:00-da, bəzilərində isə 9:00-da qılınacaq”.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev bildirib.

Onun sözlərinə görə, bayram namazının saatının seçilməsi məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb“QMİ-nin Şamaxı Astrofizika Rəsədxanasından aldığı məlumata əsasən, aprelin 21-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq. Bayram namazının qılınma saatı isə məscidlərin icma rəhbərləri və imamların öhdəsinə buraxılıb.

Bəzi məscidlərdə bayram namazı səhər saat 8:00-da olacaq. Məsələn, Əjdərbəy Məscidində bu saatda namaz qılınacaq. İcma rəhbərləri öz camaatını nəzərə alaraq bununla bağlı qərar verirlər.

Azərbaycanın bölgələrində və Bakı şəhərinin əksər məscidlərində isə namaz saat 9:00-da qılınacaq”.