Musa Quliyev Qırğızıstanda keçirilən Heydər Əliyev günlərinə qatıldı - FOTO

 17:12 19.04.2023     839

Qırğızıstan hökumətinin, Parlamentinin dəstəyi və Azərbaycanın Qırğızıstandakı Səfirliyinin təşkilatçılığı ilə Qırğızıstanda Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi silsilə tədbirlərlə qeyd edilir.

Bu barədə Redaktor.az-a Qırğızıstanda səfərdə olan Milli Məclisin deputatı Musa Quliyev məlumat verib.

Onun sözlərinə görə, məktəblilər arasında Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş inşa yazı müsabiqəsi yekunlaşıb.

"Bu gün isə Səfirliyimizin təşkilatçılığı ilə Bişkekdə Dövlət Tarix Muzeyinin binasında Ulu Öndərə həsr olunmuş foto və rəsm sərgisinin açılışı oldu. Sərgidə Qırğızıstanın hökumət və parlament üzvləri, xarici ölkələrin diplomatları, ziyalılar, Azərbaycan diasporunun üzvləri iştirak etdilər. Deputat həmkarım Cavanşır Feyziyevlə birlikdə sərgini izlədik və Ulu Öndərin azərbaycan xalqı və türk dünyası qarşısındakı misilsiz xidmətlərindən danışdıq, yerli mətbuata açıqlama verdik. Sərgidə həm də tanınmış rəssam Nailə xanım Qəndilovanın Azərbaycana ithaf etdiyi əsərlər nümayiş etdirilir. Böyük maraqla qarşılanan foto sərgi 3 gün davam edəcəkdir. Sabah isə Qırğızıstan Parlamentində (Joqorku Keneş) Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans öz işinə başlayacaqdır. Konfransda bizim də məruzəmiz dinləniləcəkdir", - deyə M.Quliyev bildirdi.

T.İSMAYIL

222222