Bu il əvəz olunmuş qaz sayğacların sayı AÇIQLANDI

 12:03 20.04.2023     358

Azərbaycanda bu ilin yanvar-mart aylarında 43 min 250 ədəd qaz sayğacları yenisi ilə əvəzlənib.

Redaktor.az xəbər verir ki, bu barədə   media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, yeni quraşdırılmış “smart-kart” tipli qaz sayğacların sayı isə 19 min 817 ədəd olub: “23 min 433 ədəd sayğac isə mexaniki tipli sayğaclardır”.

E. Vəliyev bildirib ki, eyni zamanda, bu müddətdə əhali sektoru üzrə yeni qeydiyyata alınmış abonentlərin sayı 18 min 880 nəfər olub: “Bunlardan 639 abonentə “smart-tipli” sayğac, 18 min 241 abonentə isə mexaniki tipli sayğac quraşdırılıb”.

Həmidə İbrahimli