"Abonentləin 82,8 faizi qaz istifadəsi limitini keçməyib" - Eldəniz Vəliyev

 12:43 20.04.2023     399

"2023-cü ilin yanvar-mart ayları ərzində əhali sektorunda təbii qazla təmin olunan 2, 062, 464 abonent, ümumilikdə abonentləin 82,8 %-i 12 qəpik tarifi ilə qaz istifadəsi limitini keçməyib".

Redaktor.az xəbər verir ki, bu barədə   media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib.

Onun sözlərinə görə, 397,870 abonent, yəni ümumi abonentləin 16,0 %-i 20 qəpik tarifilə və 28,856 abonent ümumilikdə abonentləin 1,2 %-i 25 qəpik tarifilə qazdan istifadə edib:

"2023-cü ilin yanvar-mart ayları ərzində Respublika ərazisində fəaliyyət göstərən 415 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün illik 5000 kubmetr limit ayrılıb".

Həmidə İbrahimli