Bakıda yolötürücüsündə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

 15:51 20.04.2023     272

Bakı şəhəri Nəsimi rayonu, Alı Mustafayev küçəsi ilə Ceyhun Səlimov küçəsinin kəsişməsində yerləşən yolötürücüsündə (20 Yanvar dairəsindən Koroğlu metrosu istiqamətində birinci tunelin girişinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Redaktor.az-a verilən məlumata görə, hərəkət intensivliyi nəzərə alınaraq məhdudlaşma qeyri iş günlərində, aprel ayının 21-dən 22-nə keçən gecədən etibarən aprel ayının 23-ü saat 13:00-dək tətbiq ediləcək.

Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.