Cəmil Quliyev iki kinematoqrafçılar təşkilatının birləşməsi təklifinə münasibət bildirdi

"Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Azərbaycan Kinematoqrafçılar İttifaqı ictimai təşkilatlardır".
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev “Azərbaycan Kinosu - 125: Reallıq, Çağırışlar və Hədəflər” mövzusunda keçirilən Kino Forumunda hər iki qurumun birləşməsi təklifinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər iki təşkilatda 300-ə qədər üzvü var: "İttifaqların birləşməsi onların üzvlərindən asılıdır. Əgər birləşmək istəsələr, birləşəcəklər".
Qeyd edək ki, C.Quliyev Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının icraçı katibi vəzifəsində çalışır.