Bu avtobusun hərəkət sxemi dəyişdirilir

149 nömrəli marşrutun hərəkət sxemində dəyişiklik edilir.
Bakı Nəqliyyat Agentliyindən (BNA) Redaktor.az-a verilən məlumata görə, dəyişiklik Bakı şəhərində keçiriləcək “Azərbaycan Qran Pri ” yarışları ilə əlaqədardır.
Rəsmi məlumata görə, tam bağlanacaq yollara görə (tam məhdudiyyət tətbiq ediləcəyi halda) avtobusun hərəkət sxemində aşağıda göstərilən qaydada dəyişikliklərin edilməsi planlaşdırılır:
“149 nömrəli marşrut üzrə avtobuslar alternativ olaraq Bakı Dairəvi Avtomobil yolu - H.Cavid prospekti - Landau küçəsi (Hüseyn Cavid parkı) - Elmlər Akademiyası metro stansiyası - Mətbuat prospekti ilə təşkil ediləcək”.