Qeyri-iş və bayram günlərində qaz təchizatı ilə bağlı abonentlər hara müraciət edə bilərlər?

 17:45 20.04.2023     678

Bakı Regional Qazın Satışı Departamentinin (BRQSD) Qazın balansı, satışı və müştəri xidmətləri şöbəsinin əməkdaşları 21-24 aprel tarixlərində Abşeron, Xəzər, Qaradağ və Sabunçu xidmət sahələrində, həmçinin BRQSD-nın inzibati binasında vətəndaşlara xidmət göstərəcəklər. Əməkdaşlarımız şənbə və bazar günləri saat 10:00-dan 14:00-dək, həftə içi isə saat 11:00-dan 15:00-dək fəaliyyət göstərəcəklər. Həmçinin abonentlərin nəzərinə çatdırırıq ki, 24 aprel tarixindən “ASAN Kommunal” mərkəzləri tam şəkildə fəaliyyət göstərəcək. Abonentlər həm Birliyin Çağrı Mərkəzinin 077 3 104 104 “Whatsapp” nömrəsi, həm də azeriqaz.az saytının online çat bölümü vasitəsilə müraciətlərini edə bilərlər.

1