Fazil Mustafanın yaralarının tikişləri söküldü

 19:19 20.04.2023     505

Martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın yaralarının tikişləri sökülüb.

Redaktor.az xəbər verir ki, bu barədə deputat özü məlumat verib:

"Sevindirici odur ki, bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulu"r.

O, son otuz ildə ilk dəfə Ramazan ayında oruc tuta bilmədiyini qeyd edib:

"Namazı məhdud şərtlərlə də olsa bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi.  Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq".

Tunar Altunbay