Bayılda sürüşmə zonasındakı ağacların quruması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bayıl qəsəbəsindən Badamdara qalxan yolda ağacların quruması ilə bağlı daxil olan şikayət Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.
Redaktor.az xəbər verir ki, xidmət rəsmisi Bəhruz Məhəmmədovun oxu.az-a bildirdiyinə görə, araşdırma zamanı Səbail rayonu, Badamdar qəsəbəsi ərazisindəki ağacların qurumasına ötən illərdə ərazidə baş verən torpaq sürüşmələrinin səbəb olduğu müəyyən edilib:
“Sözügedən ərazidəki bioloji inkişafdan qalmış ağacların yeniləri ilə əvəz olunması üçün Badamdar Bələdiyyəsinə göstəriş verilib”.