Deputatlarımız qırğız spikerlə görüşdü - FOTO

 09:28 21.04.2023     357

"Qırğızsıtanda Heydər Əliyev günləri çərçivəsində deputat həmkarım Cavanşir Feyziyevlə və Qırğızsıtandakı səfirimiz Lətif Qəndilovla birlikdə dost ölkənin parlamentinin sədri Nurlanbek Şakiyevlə, müstəqil Qırğızstanın ilk spikeri, "Bişkek protokolu" layihəsinin müəlliflərindən biri Mədətxan Şerimkulovla və Qırğızsıtan- Azərbaycan parlamentlər arası dostluq qrupunun rəhbəri İsgəndər Matraimovla görüşdük".

Bunu Redaktor.az-a Milli Məclisin komitə sədri Musa Quliyev bildirib.

Deputatın sözlərinə görə, Qırğızıstan Joqorku Keneşin Törağası Nurlanbek Şakiyevlə görüş olduqca səmimi bir ortamda baş tutub:

"Görüşdə Milli Məclisin sədri professor Sahibə xanım Qafarovanın səmimi salamlarını çatdırdım və "Heydər Əliyev- 100 il" konfransının yüksək səviyyədə təşkilinə görə minnətdarlığımı bildirdim. Söhbət zamanı ölkələrimiz arasındakı münasibətlərimizin strateji müttəfiqlik səviyyəsinə qalxmasında prezidentlərimiz cənab İlham Əliyevin və Sadır Japarovun rolunu xüsusi qeyd etməklə, bu istiqamətdə parlamentlərin və xalq diplomatiyasinin da öz töhvələrini verməsinin zəruriliyi vurğulandı.

Cənab spiker Nurlanbek Şakiyev Azərbaycan-Qırğızsıtan münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini bildirdi və bu əlaqələrin bünövrəsinin qoyulmasında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətlərini qeyd etdi. O söylədi ki, Heydər Əliyev təkcə sizin xalqın lideri deyil, həm də bizim atamız, bütün türk xalqlarının ağsaqqalıdır. Heydər Əliyevə Qırğızsıtanda böyük hörmət və ehtiram olduğunu söylədi və may ayında Ulu Öndərin yubiley tədbirlərində iştirak etmək üçün nümayəndə heyəti ilə birlikdə Bakıya gələcəklərini bildirdi".

Musa Quliyev bildirib ki, görüşdən sonra Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi şərəfinə salınmış Bişkekdə Qırğlzsıtan- Azərbaycan dosrluq parkını ziyarət ediblər.

T.İSMAYIL

22222