Allahşükür Paşazadə erməni katolikosa cavab VERDİ

 09:39 21.04.2023     365

“Azərbaycanla ultimatum dili ilə danışmaq olmaz”.

Redaktor.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə jurnalistlərlə söhbətində bildirib.

O, hesab edir ki, erməni katolikosunun açıqlamaları din adamlarına uyğun olmayan açıqlamadır:

"Din adamları müharibə üçün yox, sülh üçün çalışmalıdır. Erməni katolikosunun yeni müharibə çağırışları onun siyasi ambisiyaların qurbanına çevrilməsindən irəli gəlir və din adamlarının siyasətə qarışması doğru deyil. Biz erməni kilsəsini dostluğa çağırırıq”.