"Azərbaycanda inanclı olduğu üçün tutulan adam görməmişəm" - Allahşükür Paşazadə

 10:39 21.04.2023     344

"Azərbaycanda inanclı olduğu üçün həbs edilən adam görməmişəm".

Redaktor.az-ın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Azərbaycanda inanclı olan şəxslərin saxlanması ilə bağlı suala münasibət bildirərkən deyib.

QMİ sədri bildirib ki, Azərbaycanda inancsız adam yoxdur.

"Ona görə hər gördüyü işin hesabatını verməlidir. Cəzası varsa, dövlət tərəfindən cəzası verilməlidir. Yoxdursa da, verilməyəcək. Dövlətin qanun-qaydası var. Azərbaycanda mən inanclı olaraq tutulan adam görməmişəm. Əgər insan səhv edirsə, o səhvinə görə tutulur" - Paşazadə deyib.