Azərbaycanda son sutkada yoluxanların və ölənlərin sayı AÇIQLANDI

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Bu barədə Redaktor.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Bildirilib ki, son sutkada infeksiyaya 24 yeni yoluxma faktı qeydə alınıb və koronavirusa yoluxmuş 81 nəfər isə sağalıb, 2 nəfər ölüb.
Eyni zamanda ölkədə son sutka ərzində 8 nəfər vaksinasiya olunub.

