Ukraynada son sutkada 680 işğalçı MƏHV EDİLDİ

Rusiya ordusunun Ukraynadakı son itkiləri açıqlanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Qeyd olunub ki, 2022-ci il fevralın 24-dən indiyədək Rusiya ordusunun 185730 (+680) nəfər canlı qüvvəsi, 3672 (+4) tank, 7130 (+4) ədəd zirehli döyüş maşını, 2832 (+5) ədəd artileriya sistemi, 539 (+0) reaktiv yaylım atəşi sistemi, 289 (+4) hava hücumundan müdafiə sistemi, 308 (+0) təyyarə, 293 (+0) helikopter, 2398 (+4) PUA, 911 (+0) qanadlı raket, 18 (+0) gəmi, 5718 (+5) avtomobil texnikası və avtosistern, 337 (+3) xüsusi texnikası məhv edilib.
Tunar Altunbay