Xaçmazda dərsdən çıxan azyaşlılar itkin düşdü - FOTO - YENİLƏNİB

 11:10 22.04.2023     498

Xaçmazda iki qardaş itkin düşüb.

Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.

Şəkildə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə zəng edərək məlumat vermələri xahiş olunur.

***

Xaçmazda iki azyaşlı itkin düşüb.

Redaktor.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, Nicat və Kənan adlı iki azyaşlı aprelin 19-da Xaçmazda yerləşən 9 nömrəli məktəbdən çıxaraq itkin düşüblər.

Onları görənlərdən (055) və ya (070)234-50-30 mobil nömrəsinə zəng vurmaları xahiş olunur (referans.az).