Bakıda daha bir neçə yol bağlanacaq

 10:16 22.04.2023     333

Bakıda daha bir neçə yol “Formula-1” üzrə Azərbaycan Qran-prisinə görə nəqliyyatın hərəkətinə bağlanacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətindən məlumat verilib.

Bildirilib ki, bu gün saat 22:00-dan etibarən Murtuza Muxtarov, Bünyad Sərdarov küçələrinin İstiqlaliyyət küçəsi ilə kəsişdiyi hissələr beton baryerlərin quraşdırılması səbəbindən nəqliyyatın hərəkətinə bağlanacaq.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 aprelə təsadüf edəcək.