MTK bina sakinlərini evsiz qoydu - VİDEO

 14:03 23.04.2023     508

Bakı sakinlərinə MTK tərəfindən 2017-ci ildə sökülən evlərinin qarşılığında mənzillə təmin olunacaqları deyilsə də, bu yerinə yetirilməyib.

Redaktor.az xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar küçəsində baş verib.

Sakinlər iddia edirlər ki, MTK 6 il sonra bildirib ki, onlar bu binada yaşayışla təmin olunmayacaqlar və bu il ərzində sökülən evin qarşılığında vətəndaşlara pul veriləcək.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: