Zaqatalada zəlzələ oldu

 16:03 24.04.2023     367

Bu gün saat 15:22-də Zaqatala stansiyasından 16 km cənub-qərbdə Zaqatala rayonunda zəlzələ qeydə alınıb.

Bu barədə Redaktor.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, maqnitudası 3.7 olan yeraltı təkan 10 km dərinlikdə baş verib.

Zəlzələ episentrə yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.