Şoyqu müşavirini Qarabağa komandan GÖNDƏRDİ

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinə yeni komandan təyin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə "Pastinfo" nəşri məlumat yayıb.
Bildirilib ki, bu vəzifəyə general-polkovnik Aleksandr Lentsov gətirilib.
67 yaşlı general 22 yanvar 2020-ci ildən Rusiya müdafiə nazirinin müşaviri vəzifəsində çalışır.
Qeyd edək ki, bu gün sülhməramlı kontingentin komandanı Andrey Volkovun işdən çıxarılması barədə məlumat yayılıb.