"Türkiyədəki zəlzələdə 53 min insanın tələfatı dərs olmalıdır" - Qurban Yetirmişli

"Bakı özü sürüşmə zonasında yerləşir".
Redaktor.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Seysmik Dayanıqlı Müasir Qurğular" adlı Beynəlxalq Konfransda çıxışı zamanı deyib.
Qurban Yetirmişli Türkiyədə baş verən zəlzələyə diqqət çəkib: "Zəlzələrin dağıntılarından qorunmaq üçün individual yanaşma tələb olunur. Türkiyədə baş verən zəlzələdə 53 min insan tələfatı dünya, o cümlədən bizim üçün dərs olmalıdır".