Əməkdar artist Eldar Əzizovu məhkəməyə verdi

 14:50 26.04.2023     1321

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verilib. 

Redaktor.az xəbər verir ki, iddiaçı İmanov Tahir Qorxmaz oğludur. 

İş Bakı İnzibati Məhkəməsindədir. Artıq iş üzrə hakim təyin edilib. İmanov Tahir Qorxmaz oğlunun iddiasına hakim Nəriman Abıyevin sədrliyi ilə baxılacaq. İşin mahiyyəti torpaq münasibətləri üzrə mübahisələrdən ibarətdir.  

Qeyd edək ki, Tahir İmanov "Planet Parni iz Baku" KVN teatrının bədii rəhbəri, Əməkdar artistdir. 

Məlumatı dəqiqləşdirmək üçün Əməkdar artistlə əlaqə saxlanılsa da, o bu barədə danışmaq istəməyib:

"Mənə sənətimlə bağlı suallar verin"ş

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovdur (qaynarinfo).