Din amili kəskin şəkildə siyasiləşib - Komitə rəsmisi

 22:55 26.04.2023     933

Din amili dünyada mədəni-əxlaqi dəyər çərçivəsindən çıxaraq kəskin şəkildə siyasiləşib.

Redaktor.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib.

"Təəssüf ki, tarixin müxtəlif dövrlərində olduğu kimi, bu gün də bəzi siyasi dairələr tərəfindən geosiyasi və geoiqtisadi maraqların təmin olunması üçün dindən istifadə edilməsinin şahidiyik".

Sədr müavininin sözlərinə görə, hazırda dünyada, xüsusilə müsəlman ölkələrində sabitliyin pozulmasında din amili xüsusi rol oynayır və beynəlxalq güclər bu vəziyyətdən məharətlə istifadə edirlər.

S.Heydərov qeyd edib ki, dövlətimiz dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.