Goranboyda su çəninin açılışı oldu - FOTO

 12:36 27.04.2023     808

Milli Məclisin YAP-çı deputatları Anar Məmmədov və Ramin Məmmədov Goranboy rayonunun Xoylu kəndində su açılışında iştirak ediblər. 

Redaktor.az xəbər verir ki, açılışda Goranboy Rayon İcra Hakimiyyətinin başçısının müavini, şəhid ailələrinin üzvləri, qazilər və kənd sakinləri iştirak edib.

Onu qeyd edək ki, Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Goranboy rayonunun Xoylu kəndində şəhid ailələrinin və kənd sakinlərinin həyətyanı torpaq sahələrinin suvarılması üçün su çəni istifadəyə verilib.

Millət vəkili Anar Məmmədov çıxış edərək, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Keçirilən mərasimdə çıxış edən şəhid ailələri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.