İsa Həbibbəylinin nəvəsi universitetə imtahansız qəbul olunub? - Açıqlama

AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin nəvəsi ali məktəbə imtahansız qəbul olub?
AMEA-nın mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, sosial şəbəkələrdə akademik İsa Həbibbəylinin nəvəsi İsa Səhət oğlu Həbibbəylinin qeyri-qanuni yolla ali məktəb tələbəsi olması və ali məktəbə imtahansız qəbul edilməsi haqqında yayılan və tirajlanmaqda davam edən məlumatların hər ikisi yalandır.
Həbibbəyli İsa Səhət oğlu hazırda orta məktəbin onuncu sinif şagirdi kimi təhsilini davam etdirir.