Vilayət Eyvazov rəis müavini və bölmə rəisini işdən ÇIXARDI

 21:24 27.04.2023     425

Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəisi müavini və Daş Salahlı Polis Bölməsinin rəisi tutduqları vəzifədən azad olunublar.

Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Belə ki, Qazax Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini Fəxri Aslanov və Daş Salahlı Polis Bölməsinin rəisi Amil Hacıyev tutduqları vəzifədən azad olunublar.

Hər ikisinin sərəncama götürüldüyü bildirilir.