"Azəriqaz" işçiləri üçün təlimlər keçirilir - AÇIQLAMA

 12:00 28.04.2023     1437

"Qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər" peşəsində çalışan 2024 nəfərin təlimlərə cəlb edilməsi planlaşlaşdırılıb".

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İB-nin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən "Açıq qapı" aksiyasında bildirib. 

Onun sözlərinə görə, Birliyin 8 Regional qaz istismarı idarəsi (RQİİ) və Sumqayıt qaz istismarı sahəsi (QİS) üzrə 2023-cü ilin fevral-aprel ayları ərzində ümumilikdə 539 nəfər işçi ixtisasartırma təliminə cəlb edilib.

"Əlavə olaraq bildiririk ki, cari ilin may ayı ərzində də 207 nəfər işçinin təlimə cəlb edilməsi üçün artıq ilkin və son qeydiyyat tamamlanıb. Təlimlər yenə eyni regionlar üzrə 15-26 may tarixlərində keçiriləcəkdir".

Həmidə İbrahimli