Soyad necə dəyişdirilir?

 18:57 28.04.2023     4735

Soyadların şəkilçisi asanlıqla dəyişdirilə bilir.

Bu sözləri Redaktor.az-a Ədliyyə Nazirliyi İnsan hüquqları və kommunikasiya idarəsinin qrup rəhbəri Rasim Həsənov söyləyib.

"Sonluqdakı şəkilçini dəyişmək istəyən şəxslər doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə birlikdə Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı idarəsinə yaxınlaşa bilərlər. Proses asanlıqla həyata keçirilir. Soyadını tamamilə dəyişmək istəyən şəxslər isə 18 yaşdan yuxarı olmalıdırlar. 18 yaşına çatmayan şəxslər yalnız valideynlərindən birinin soyadını qəbul edə bilərlər" - deyə nazirlik rəsmisi bildirib.

Humay İSGƏNDƏRLİ