Zərifə Əliyevanın 100 illiyi Salyanda qeyd olundu - FOTO

 18:09 28.04.2023     424

Salyan Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanda oftalmologiya elminin inkişafında akademik Zərifə Əliyevanın rolu” mövzusunda tədbir keçirilıb.

Redaktor.az xəbər verir ki, tədbirdə akademik Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulayıb.

Tədbirdə dinlənilən məruzə və çıxışlarda insanlara həyat nuru bəxş etmiş şəfqətli bir həkimin, sadəliyi və təvazökarlığı ilə insanlığın əsl mücəssəməsi olan nəcib azərbaycanlı xanımın  Azərbaycan səhiyyəsinin inkişafındakı xidmətlərinə toxunulub, ülvi keyfiyyətlərə malik olan akademik Zərifə xanım Əliyevanın yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı və  gözəl ana kimi əbədiləşdiyi vurğulanıb.

2222222222