Mina terroru ilə bağlı Koordinasiya Şurasının yaradılması təklif olunur

 12:59 29.04.2023     417

Ermənistanın mina terroru ilə bağlı Koordinasiya Şurasının yaradılması təklif olunur.

Redaktor.az xəbər verir ki, bu təkliflə Bakıda keçirilən tədbirdə qeyri-hökumət təşkilatlarının rəhbərləri Tərtərdəki mina partlayışı ilə bağlı müzakirələr zamanı çıxış ediblər.

Bildirilib ki, Koordinasiya Şurasının beynəlxalq təşkilatların ermənilərin mina terroru haqqında məlumatlandırılmasına, onlara müraciətlərin ünvanlanmasına və bu sahədə birgə fəaliyyətin təşkili haqqında təkliflərə baxılmasına xidmət edəcək.

Beynəlxalq təşkilatların nümayəndələrinin də Koordinasiya Şurasında təmsil olunması məqsəduyğun sayılıb.