“Açıq mikrofon” aksiyası bu rayon və şəhərlərdə keçiriləcək

Növbəti həftə (01-02.05.2023 və 04-05.05.2023 tarixləri) daha 2 rayon və 2 şəhərdə saat 11:00-dan 12:00-dək Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyası keçiriləcək.
Redaktor.az xəbər verir ki, aksiya həftənin 1-ci günü Gəncə şəhərində (Qələbə Parkı), 2-ci günü Göygöl rayonunda (Heydər Əliyev Parkı), 4-cü günü Goranboy rayonunda (Gənclər Parkı), 5-ci günü Naftalan şəhərində (Nəriman Nərimanov Parkı) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
