Hicran Valehov işdən çıxarıldı

 20:07 30.04.2023     635

“Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Hicran Valehov işdən çıxarılıb.

Redaktor.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Hicran Valehovun fəaliyyəti ilə bağlı ciddi nöqsanlar aşkarlanıb.

Sədr müavini dünən təmtəraqlı şəkildə yola salınmasına baxmayaraq, vəzifəsinin icrası ilə bağlı hesabat verməli olacaq.

“Azərbaycan Dövlət Dəmir Yolları”nın Mətbuat Xidmətinin rəhbəri Sənubər Nəzərova xəbəri dəqiqləşdirmə məqsədilə edilən telefon zənglərinə cavab verməyib.