Şəkidə dolu bir sıra fəsadlar törətdi - FOTO

 20:33 30.04.2023     629

Şəkinin bir neçə kəndinə yağan dolu təsərrüfatlara ziyan vurub.

Redaktor.az xəbər verir ki, axşam saatlarından başlayaraq rayonun Böyük Dəhnə, Kiçik Dəhnə, Şorsu və Aşağı Layısqı kəndlərinə dolu düşüb.

Yağıntı nəticəsində bəzi təsərrüfatlara və meyvə ağaclarına ziyan dəyib. Güclü külək nəticəsində adıçəkilən kəndlərə elektrik enerjisinin verilməsində fasilə yaranıb, bir neçə saat sonra elektrik enerjisinin verilməsi bərpa edilib (report).