Tərtərdə selin vurduğu ziyan aradan qaldırılır

 21:38 30.04.2023     291

Tərtərdə sel sularının vurduğu ziyan aradan qaldırılır.

Redaktor.az xəbər verir ki, axşam saatlarında Qarabağ bölgəsinə yağan aramsız yağış daşqınlara səbəb olub.

Güclü sel suları rayonun Dəmirçilər kəndində fərdi təsərrüfatları basıb. Sel kənddə fərdi təsərrüfatlara, o cümlədən bağlara və əkin sahələrinə ciddi ziyan vurub.

Hazırda əraziyə FHN-in ağır texnikaları cəlb olunub. Ötürücü su arzuları təmizlənərək, kəndə daxil olan sel qarşısının alınması işləri aparılır