Təbii fəlakətin Goranboya vurduğu ziyan AÇIQLANDI

Goranboy rayonu ərazisində baş verən təbii fəlakət nəticəsində 35 hektar taxıl sahəsinə ziyan dəyib.
Bu haqda Redaktor.az-a Goranboy rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, ötən gün Goraynboyda baş verən təbii fəlakət səbəbindən 25-ə yaxın fərdi yaşayış evinin dam örtüyünə və zirzəmisinə, 5 ədəd minik avtomobilinə, 5 hektar nar bağına ziyan dəyib, 4 baş iribuynuzlu mal-qara və 200 ədəd ev quşları tələf olub.
Qeyd edək ki, hazırda RİH yanında Fövqəladə Hallar Komissiyası tərəfindən ərazilərdə monitorinqlər aparılır.
Humay İSGƏNDƏRLİ