Ceyhun Bayramov Mirzoyanla görüşəcək

 13:54 01.05.2023     517

Bu gün axşam saatlarında Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN rəhbərləri Ceyhun Bayramovla Ararat Mirzoyan arasında görüş keçiriləcək.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət departamenti yayıb. 

Görüş Bakı vaxtı ilə 17:45-də ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə baş tutacaq.

Bundan əvvəl isə, 17:00-da Blinken və Ceyhun Bayramov arasında ikitərəfli görüş keçiriləcək (qafqazinfo).