Vilayət Eyvazovdan yeni təyinat

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) təhqiqat şöbəsinə yeni rəis təyin edilib.
Redaktor.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis mayoru Elşad Şahbazov Suraxanı RPİ-nin təhqiqat şöbəsinə rəis təyin olunub.
O, bundan əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinin rəis müavini vəzifəsində çalışıb (report).