TƏBİB sədrinin səlahiyyətləri artırıldı

 16:39 01.05.2023     491

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktorunun səlahiyyəti artırılıb.

Redaktor.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmana edilən dəyişiklikdə əksini tapıb.

İndiyə qədər TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 (üç) müavini həyata keçirib. Dəyişikliyə əsasən, TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirəcək.

İcraçı direktorun Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 müavini olacaq.