Göyçayda fermada fəhlə qəfil öldü

Göyçayda fermada fəhlə işləyən şəxs qəflətən dünyasını dəyişib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alpout kəndində qeydə alınıb.
Məlumata görə, rayonun Ləkçılpaq kənd sakini, 1966-cı il təvəllüdlü Şahlar Dadaşovun nahar vaxtı anidən halı pisləşib və qəfil keçinib.
İlkin ehtimala görə, ürəktutmadan vəfat edib.