"5 manat qazanırsınız, millətin əxlaqını pozmağa çalışmayın" - Deputat

 11:59 02.05.2023     307

“Bəzi telekanallar başqa ölkələrdən götürdükləri verilişləri Azərbaycanda tətbiq edir”.

Redaktor.az xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, 70 yaşlı kişini evlənmək üçün efirə dəvət edirlər: “Rusiya başqadır, bizim mənəviyyatımız, əxlaqımız fərqlidir. Ona övladı, nəvəsi baxır. 5 manat qazanırsınız, başa düşürük, amma millətin əxlaqını pozmağa çalışmayın”.