"Beşiktaş"ın Bakıya gələcəyi tarix bəlli oldu

 13:34 02.05.2023     628

Türkiyənin "Beşiktaş" komandasının "Sabah"la yoldaşlıq oyunu keçirmək üçün Bakıya gələcəyi tarix bəlli olub.

Redaktor.az xəbər verir ki, İstanbul təmsilçisi mayın 13-də Azərbaycan paytaxtına təşrif buyuracaq.

Məsələyə aydınlıq gətirmək üçün klub prezidenti Ahmet Nur Çebinin xüsusi məsləhətçisi Erdal Cömertlə əlaqə saxladıq. "Beşiktaş" rəsmisi "Report"a açıqlamasında xəbəri təsdiqləyib: "Qismət olsa, komanda mayın 13-də Bakıda olacaq. Artıq proqram hazırdır. Amma hələ tam dəqiqləşməyib. Hər şey bəlli olduqdan sonra ictimaiyyətə açıqlama veriləcək".

Qeyd edək ki, "Beşiktaş" Türkiyə Super Liqasının XXXIV turunda istirahət edəcək. Bundan yararlanmaq istəyən İstanbul nəhəngi xeyri matçı üçün Bakıda gəlməyi planlaşdırır.