"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir" - Mübariz Qurbanlı

"Xudavəng monastrında olan erməni keşişlər oranı tərk etməlidir".
Redaktor.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, səbəb onların monastra aidiyyətlərinin olmamasıdır:
"Əminəm ki, onlar oradan çıxıb gedəcəklər. Xudavəng monastrı Qafqaz Albaniyasına məxsus abidədir. Gec-tez Alban-udi icması tərəfindən hər şey yoluna qoyulacaq. Ermənilərin ora aidiyyəti yoxdur".