Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən xəbərə görə, mayın 2-si saat 13:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış müşahidə olunur.
Quba, Xaltan, Qrız, Biləsuvarda şimşək çaxıb, arabir yağış yağıb.
Mayın 3-də ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edəcək.
Dağlıq ərazilərdə qar yağacaq. Yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.