Ermənilər Xankəndi-Şuşa yolunda çadırlar qurdu - VİDEO

Qarabağda yaşayan ermənilər etiraz aksiyasına başlayıblar.
Redaktor.az "news.am"a istinadla bildirir ki, separatçı qondarma “Artsaxda etnik təmizləməyə yox” hərəkatının üzvləri Xankəndi-Şuşa yolunda çadırlar quraraq müddətsiz etiraz aksiyası elan ediblər.
“Biz bütün apolitik qüvvələri bizə qoşulmağa çağırırıq. Biz Azərbaycandan tələb edirik ki, Laçın dəhlizində qeyri-qanuni quraşdırılmış keçid məntəqəsi tezliklə yığışdırılsın. Buradakı aksiyamız bu tələb yerinə yetirilənə qədər davam edəcək”, - deyə iştirakçılardan biri bildirib.
Hərəkat iştirakçıları da eyni tələblə imza toplamağa başlayıblar.
Tunar Altunbay