ATV-nin hava proqnozu ən çox izlənilənlər arasında

 16:54 02.05.2023     785

Televiziya və verilişlərin 28 aprel tarixinə olan reytinq cədvəli təqdim olunub.

Redaktor.az xəbər verir ki, bu haqda aparıcı Turan İbrahimov sosial şəbəkə hesabında yazıb.

Belə ki, ARB TV, ATV və Xəzər ən çox izlənən üç kanal olub. İlk üçlükdən sonra ardıcıllıq ARB24, Space, ARB Günəş, AzTV, İTV, Muz TV Azərbaycan və CBC Sport, Kanal S, Real TV, İdman TV və Mədəniyyət TV olaraq tamamlanıb.

Ən çox izlənən verilişlər isə ARB-də "Həmin Zaur" və "Səni axtarıram", ATV-də "Yuxu kimi" serialı, hava proqnozu, "ATV Xəbər" və "Bizimləsən", Xəzər TV-də "Xəzər Xəbər" olub.

Humay İSGƏNDƏRLİ