Astarada itkin düşən 54 yaşlı kişinin meyiti tapıldı - YENİLƏNİB

 12:32 03.05.2023     1194

Astara rayonunda iki gün əvvəl itkin düşən 54 yaşlı kişinin meyiti tapılıb.

Redaktor.az xəbər verir ki, Astara rayonunun Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizovun meyitinin bu gün rayon ərazisində aşkarlandığı bildirilir.

Onun hansı səbəbdən öldüyü məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

***

Astara sakini itkin düşüb.

Redaktor.az xəbər verir ki, Astara rayonunun Pəlikeş inzibati ərazi dairəsinə aid olan Dirya kənd sakini, 1969-cu il təvəllüdlü Eynəli Cəlal oğlu Əzizov srağagün axşam saat 7 radələrində evdən çıxıb və naməlum istiqamətə gedib. Onun evə gəlmədiyini görən yaxınları axtarışa başlayıblar. Bununla bağlı polisə müraciət edilib.

E.Əzizovun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir (apa).

Vumart və Güvən reklamı Vumart Güvən